Azərbaycanın şito-ryu karate üslubu üzrə yığması Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan Avropa çempionatında səkkiz medal qazanıb.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Karate Federasiyası məlumat yayıb.
Bildirilir ki, 10 idmançıdan ibarət komanda yarışda Bahadur Əhmədovun rəhbərliyi altında iştirak edib.
10-11 yaş kateqoriyasında çıxış edən Mehdi Məmmədli bütün görüşlərini qələbə ilə başa vuraraq Avropa çempionu olub. Həmçinin kişilər arasında Tuncay Hüseynov, 14-15 yaş qrupunda çıxış edən Məsumə Məmmədli də fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
12-13 yaş kateqoriyasında Kənan Məmmədli və kişilər arasında yarışda Pərviz Bəşirli gümüş medal əldə ediblər.
Sübhan Əliyev 12-13, Telman Səfərli 10-11, Ömər Hüseyn isə 6-7 yaş kateqoriyasında bürünc medal qazanıblar.
