İrina Zaretska “WKF Premyer Liqası”nın ən yaxşıları sırasında

7 İyun 2026 17:10
118
İrina Zaretska “WKF Premyer Liqası”nın ən yaxşıları sırasında

İrina Zaretska Dünya Karate Federasiyasının (WKF) Premyer Liqasında ən çox “Grand Winner” titulu qazanan idmançılar sırasına daxil olub.

İdman.Biz xəbər verir ki, Azərbaycan millisinin lideri açıqlanan reytinqin top-13-lüyünə düşüb. Üç “Grand Winner” titulu ilə o, siyahıda doqquzuncu yeri bölüşüb.

Reytinq WKF tərəfindən idmançıların Premyer Liqa turnirlərində qazandıqları mükafatların sayına əsasən tərtib olunub.

Xatırladaq ki, Zaretska 2020-ci il Olimpiya Oyunlarının gümüş mükafatçısı, üçqat dünya çempionu və çempiondur. O, Azərbaycan idmanı tarixinin ən uğurlu karateçilərindən biri hesab olunur.

İdman.Biz