Qazax-Tovuzda regionunda karate turniri keçirildi

24 May 2026 19:47
119
Qazax-Tovuzda regionunda karate turniri keçirildi

Karate üzrə Qazax-Tovuz regionunda turnir təşkil olunub.

İdman.Biz xəbər verir ki, yarış Azərbaycan Karate Federasiyasının Qazax-Tovuz regionu üzrə nümayəndəliyinin təşkilatçılığı ilə baş tutub.

Turnir Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi və Azərbaycan Karate Federasiyasının birgə təşkilatçılığı ilə keçirilib. Yarışın əsas məqsədi regionda karate idman növünün inkişafına dəstək vermək, gənclərin idmana marağını artırmaq və “Azərbaycanın İdman Paytaxtı - Qazax” layihəsinə töhfə vermək olub.

Tədbirdə Azərbaycan Karate Federasiyasının baş katibi Qabil Sayadov və Texniki Məşqçilər Komitəsinin sədri Əhməd Əfəndi iştirak ediblər.

Yarış çərçivəsində müxtəlif yaş kateqoriyalarında mübarizə aparan idmançılar qüvvələrini sınayıblar. Turnirin yekununda qalib və mükafatçılar diplom və medallarla təltif olunublar.

İdman.Biz