Avropa çempionatının üçüncü günündə Kotsoev, Kokauri və Fatiev çıxış edəcəklər

Xəbərlər
5 Noyabr 2023 10:01
240
Avropa çempionatının üçüncü günündə Kotsoev, Kokauri və Fatiev çıxış edəcəklər

Bu gün Monpelyedə cüdo üzrə Avropa çempionatı başa çatır.

İdman.biz-in məlumatına görə, yarışın final, üçüncü günündə üç Azərbaycan idmançısı çıxış edəcək.

Murad Fətiyev (90 kq) gürcüstanlı Olimpiya çempionu Laşa Bekauri ilə görüşəcək.

Zelim Kotsoyev (100 kq) tatamiyə Harri Lovel-Hevittə (Böyük Britaniya) qarşı çıxacaq.

Uşanqi Kokauri (100 kq-dan yuxarı) mübarizəyə ikinci raunddan başlayacaq. Onun rəqibi Mirça Kruitoru (Rumıniya) - Marius Fizel (Slovakiya) cütünün qalibi olacaq.

İki gün davam edən AVRO-da komandamızın aktivində Hidayət Heydərovun (73 kq) qazandığı bir qızıl medal var.

Zəki Feyzullayev

İdman.biz