Azərbaycan cüdoçusu Elcan Hacıyev Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən Avropa Kubokunda bürünc medal uğrunda mübarizəni davam etdirəcək.
İdman.Biz xəbər verir ki, 24 yaşlı idmançı turnirdə özü üçün yeni olan 100 kq çəki dərəcəsində çıxış edir və təsəlliverici görüşlərdə mübarizə aparmaq hüququ qazanıb.
Hacıyev 1/16 final mərhələsində Rusiya təmsilçisi İvan Titinkinə məğlub olub. Azərbaycan cüdoçusunun təsəlliverici mərhələdə ilk rəqibi Sloveniyadan Marko Vrhovnik olacaq.
Qalib gələcəyi halda Hacıyev bürünc medal uğrunda mübarizəsini davam etdirəcək.
13:10
Azərbaycan cüdoçusu Elcan Hacıyev bu gün Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən Avropa Kubokunda tatamiyə çıxıb.
İdman.Biz xəbər verir ki, 24 yaşlı idmançı bu yarışda çəki dərəcəsini dəyişərək 100 kq-da mübarizəyə başlayıb.
Hacıyev turnirə 1/16 final mərhələsindən qoşulub və Rusiya təmsilçisi İvan Titinkinlə qarşılaşıb. Azərbaycan cüdoçusu rəqibinə məğlub olub. Titinkin yarımfinala yüksələcəyi halda, Hacıyev təsəlliverici görüşlərdə mübarizəni davam etdirmək imkanı qazanacaq.
Bu yarış Hacıyev üçün uzun fasilədən sonra tatamiyə dönüş olub. Avropa çempionu və dünya çempionatının bürünc mükafatçısı sonuncu dəfə ötən ilin noyabrında Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən İslam Həmrəyliyi Oyunlarında rəsmi yarışda iştirak edib.
