Veteran cüdoçularımız mundiala dörd medalla başladılar - YENİLƏNİB + FOTO

20 Sentyabr 2026 21:15
889
Veteran cüdoçularımız mundiala dörd medalla başladılar - YENİLƏNİB + FOTO

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda cüdo üzrə veteranlar arasında dünya çempionatına start verilib.

İdman.Biz xəbər verir ki, ilk yarış günündə Azərbaycan komandası M1 yaş kateqoriyasında bir qızıl və üç bürünc medala sahib olub.

100 kq çəki dərəcəsində çıxış edən Məmmədəli Mehdiyev bütün rəqiblərini məğlub edərək dünya çempionu adını qazanıb.

Əbülfət İsmayılov 60 kq, Mahir Abbasov 81 kq, Coşqun Abdullayev isə 90 kq çəki dərəcəsində bürünc medala layiq görülüblər.

Qeyd edək ki, Azərbaycan veteranlar arasında dünya çempionatında ümumilikdə 30 cüdoçu ilə təmsil olunur.

11:09

Bu gündən Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda cüdo üzrə veteranlar arasında dünya çempionatı başlayır.

İdman.Biz xəbər verir ki, Azərbaycan yarışda yeddi yaş kateqoriyası üzrə ümumilikdə 30 kişi cüdoçu ilə təmsil olunacaq.

Veteranlardan ibarət milli komandaya baş məşqçi Fərhad Rəcəbli rəhbərlik edəcək.

Qeyd edək ki, dünya çempionatında 65 ölkədən 1347 cüdoçu mübarizə aparacaq. Yarış 24 sentyabradək davam edəcək.

İdman.Biz