Rusiya millisi oktyabrın 4-dən 11-dək Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatında iştirak edəcək heyəti müəyyənləşdirib.
İdman.Biz xəbər verir ki, Rusiya Cüdo Federasiyası Azərbaycanın paytaxtındakı dünya çempionatı üçün 23 idmançını – 12 kişi və 11 qadını ərizəyə daxil edib.
Qadınlardan ibarət komandaya Sabina Gilyazova, Marina Vorobyova, Olqa Muxina, İrina Zuyeva, Tamara Lişenko, Madina Taymazova, Dali Liluaşvili, Elis Startseva, Mariya İvanova, Natalya Yelkina və Aleksandra Babintseva daxil olublar.
Kişilər arasında Rusiyanı Ramazan Abdulayev, Murad Çopanov, Danil Lavrentyev, Eqor Andoni, Arman Adamyan, Niyaz Bilalov, İnal Tasoev, Valeri Yendovitski, Buyan-Xerel Sanaa, Mansur Lorsanov və Tamerlan Başayev təmsil edəcəklər.
Qeyd edək ki, dünya çempionatı oktyabrın 4-dən 11-dək Bakıda keçiriləcək.
