Azərbaycanın cüdo millisinin oktyabrın 4-11-i aralığında Bakı keçiriləcək dünya çempionatı üçün ilkin heyəti açıqlanıb.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.
Bildirilib ki, ilin ən mötəbər cüdo yarışında Azərbaycanı 12 çəki dərəcəsində 23 cüdoçu (17 kişi və 6 qadın) təmsil edəcək.
İdmançılar performans direktoru, kişilərdən ibarət milli komandanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elxan Məmmədov, Elçin İsmayılov, Robert Kravçik və Slavko Tekiç, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimarın rəhbərliyi ilə tatamiyə çıxacaqlar.
Milli Gimnastika Arenasında keçiriləcək dünya çempionatında fərdi mübarizələr oktyabrın 4-10-da, qarışıq komanda yarışı isə 11-də baş tutacaq.
Dünya çempionatında iştirak edəcək heyəti təqdim edirik:
Qadınlar
48 kq
Şəfəq Həmidova
Könül Əliyeva
52 kq
Gültac Məmmədəliyeva
57 kq
Xədicə Qədəşova
70 kq
Südabə Ağayeva
+78 kq
Madina Kaisinova
Kişilər
60 kq
Balabəy Ağayev
Əhməd Yusifov
66 kq
Ruslan Paşayev
Turan Bayramov
Nizami İmranov
73 kq
Hidayət Heydərov
Rəşid Məmmədəliyev
81 kq
Zelim Tçkayev
Ömər Rəcəbli
Vüsal Qələndərzadə
90 kq
Murad Fətiyev
Elcan Hacıyev
Süleyman Şükürov
100 kq
Zelim Kotsoyev
+100 kq
Uşanqi Kokauri
Kənan Nəsibov
Camal Qamzatxanov
