Qazaxıstan milli komandası Bakıda keçiriləcək Dünya Cüdo Çempionatı üçün heyəti açıqladı.
İdman.Biz xəbər verir ki, Qazaxıstan həm kişilər, həm də qadınlar arasında fərdi yarışlarda, eləcə də qarışıq komanda turnirində təmsil olunacaq.
Kişilərdən ibarət yığmanın heyətinə Bаkıjan Aman (60 kq), Şerzod Davlatov (60 kq), Nurkanat Serikbayev (66 kq), Asıljan Jubatkanov (66 kq), Eset Kuanov (73 kq), Ansarbek Qaynullin (73 kq), Jalqas Kayrolla (81 kq), Abılayxan Jubanazar (81 kq) və Danil Krilov (90 kq) daxil ediliblər.
Turnirin qadınlar hissəsində Qazaxıstanı Abiba Abujakınova (48 kq), Galiya Tınbayeva (48 kq), Esmigul Kuyulova (63 kq), Aruna Jangeldina (78 kq), Akerke Ramazanova (+78 kq) və Kamila Berlikaş (+78 kq) təmsil edəcəklər.
Qarışıq komanda yarışlarının iştirak ərizəsinə Yersultan Düysenxan (73 kq), Danil Krilov (90 kq), Yermakhan Anuarbekov (90 kq), Jantilek Nurtilepuli (+90 kq), Dina Muxanbet (57 kq), Dana Abdirova (57 kq), Asxat Ajar (70 kq), Moldir Narınova (70 kq), Akerke Ramazanova (+78 kq) və Kamila Berlikaş (+78 kq) daxil ediliblər.
Qeyd edək ki, Cüdo üzrə dünya çempionatı oktyabrın 4-dən 11-dək Bakıda keçiriləcək.
