Dünya çempionatının mükafatçıları reytinqində mövqələrini yaxşılaşdırıblar

Xəbərlər
11 Oktyabr 2023 19:02
191
Dünya çempionatının mükafatçıları reytinqində mövqələrini yaxşılaşdırıblar

Gənclər arasında dünya çempionatının finalçısı Nizami İmranov (60 kq) dünya reytinqinə yüksəlib.

İdman.biz xəbər verir ki, Odivelasda (Portuqaliya) əldə olunan gümüş medal ona 490 xal qazandırıb və 100 ən yaxşı düşməsinə şərait yaradıb. İmranov 85-ci pillədə qərarlaşıb.

Dünya çempionatının qızıl medalçısı Vüsal Qələndərzadə (73 kq) 85 pillə irəliləyərək 51-ci yerə yüksəlib.
Odivelada digər gümüş medal qazanan Vüqar Talıbov da reytinqini xeyli yaxşılaşdırıb. O, 27 rəqibini qabaqlayarq, 55-ci pilləyə qalxıb.

İdman.biz