"Böyük Dəbilqə"nin ikinci günündə Azərbaycanın qızıl dublu - FOTO

Xəbərlər
23 Sentyabr 2023 20:49
167
"Böyük Dəbilqə"nin ikinci günündə Azərbaycanın qızıl dublu - FOTO

Cüdo üzrə “Böyük dəbilqə” turnirinin ikinci günü Azərbaycan idmançılarının iki qələbəsi ilə yadda qalıb.

İdman.biz-in məlumatına görə, 73 kq çəki dərəcəsində qızıl medalı finalda moldovalı Petr Pelivanı məğlub edən Hidayət Heydərov (73 kq) qazanıb.

81 kq çəki dərəcəsində isə birinci yeri həlledici görüşdə avstriyalı Şamil Borçaşvilini məğlub edən Zelim Tskaev tutub.

Komandamızın üç qızıl və bir gümüş medalı var və ümumi hesabda Azərbaycan birincidir.

Nicat Zəkiyev

İdman.biz