Azərbaycan cüdoçuları Bratislavada Olimpiya Təlim Düşərgəsinə qatılıblar - FOTO

14 Sentyabr 2026 23:51
104
Azərbaycan cüdoçuları Bratislavada Olimpiya Təlim Düşərgəsinə qatılıblar

Cüdo üzrə Azərbaycan milli komandasının üzvləri Slovakiyanın paytaxtı Bratislavada Olimpiya Təlim Düşərgəsinə qatılıblar.

İdman.Biz xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçirilən düşərgədə cüdoçularımız müxtəlif ölkələrin idmançıları ilə birgə məşqlər keçirlər.

Sentyabrın 18-də başa çatacaq təlim düşərgəsi 4 - 11 oktyabr tarixlərində Bakıda keçiriləcək dünya çempionatına hazırlıq məqsədi daşıyır.

İdman.Biz