Samuxda ilk cüdo zalı istifadəyə verilib - FOTO

25 Noyabr 2026 17:50
25
Samuxda ilk cüdo zalı istifadəyə verilib - FOTO

Samuxda ilk cüdo zalı fəaliyyətə başlayıb.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası (ACF) məlumat yayıb.

Bildirilib ki, yeni zal Samux rayonu Sərkar kənd tam orta məktəbində istifadəyə verilib. ACF tərəfindən zal müasir standartlara uyğun tatamilər və məşq prosesi üçün zəruri avadanlıqlarla təchiz olunub.

Burada 80 uşaq və yeniyetmənin cüdo ilə məşğul olması üçün əlverişli şərait yaradılıb.

İdman.Biz
Məqalədə: