Azərbaycan cüdo millisi Macarıstanda keçirilən “Böyük Dəbilqə” turnirini üç medalla başa vurub.
İdman.Biz xəbər verir ki, +100 kq çəki dərəcəsində mübarizə aparan Camal Qamzatxanov üçüncü yer uğrunda görüşdə ukraynalı Yakiv Xammoya ipponla qalib gəlib və bürünc medalın sahibi olub.
Bununla da Azərbaycan yığmasının turnirdə qazandığı medalların sayı üçə çatıb.
Qeyd edək ki, daha əvvəl Rəşid Məmmədəliyev 73 kq çəki dərəcəsində qızıl, Vüsal Qalandarzadə isə 81 kq-da bürünc medal qazanıb.
17:13
Azərbaycanlı cüdoçu Camal Qamzatxanov Budapeştdə keçirilən “Böyük Dəbilqə” turnirində bürünc medal uğrunda mübarizə aparacaq.
İdman.Biz xəbər verir ki, +100 kq çəki dərəcəsində çıxış edən idmançı yarışa Serbiyadan İqor Vraçar üzərində qələbə ilə başlayıb, daha sonra Əlcəzair təmsilçisi Mohamed Lilini məğlub edib.
1/4 finalda Qamzatxanov Almaniyadan Losseni Koneyə uduzub və mübarizəni təsəlliverici mərhələdə davam etdirib. Burada azərbaycanlı cüdoçu Ukraynadan Yevgeni Balevskini məğlub edərək bürünc medal uğrunda mübarizə aparmaq hüququ qazanıb. Onun rəqibi Ukraynanın digər təmsilçisi Yakiv Xammo olacaq.
Azərbaycanın digər ağır çəkili cüdoçusu Kənan Nəsibov ilk görüşdə rusiyalı Artyom Zolotuxini məğlub edib, lakin 1/8 finalda Xammoya uduzaraq mübarizəni dayandırıb.
100 kq çəki dərəcəsində Əjdər Bağırov ABŞ-li Daniel Lyubumovskini məğlub etdikdən sonra 1/8 finalda Rusiyadan Niyaz Bilalova uduzub.
Vüqar Talıbov (90 kq) ilk görüşündə rumıniyalı Aleks Kretlə qarşılaşmada zədələnib və mübarizəni davam etdirə bilməyib. Mədinə Qaysınova (+78 kq) isə ilk görüşdə Belçikadan Qabriella Buyveyə uduzub.
Hazırda Azərbaycan millisinin aktivində iki medal var. Rəşid Məmmədəliyev (73 kq) qızıl medal qazanıb, Vüsal Qalandarzadə (81 kq) isə bürünc mükafatçı olub.
14:54
Azərbaycan cüdoçusu Camal Qamzatxanov Budapeştdə keçirilən “Böyük Dəbilqə” turnirində 1/4 finala yüksəlib.
İdman.Biz xəbər verir ki, +100 kq çəki dərəcəsində çıxış edən idmançı yarışa serbiyalı İqor Vraçar üzərində qələbə ilə başlayıb. Qamzatxanov 1/8 finalda əlcəzairli Məhəmməd Lilini məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.
Bu çəki dərəcəsində Azərbaycanın digər təmsilçisi Kənan Nəsibov startda rusiyalı Artyom Zolotuxini məğlub edib, lakin 1/8 finalda ukraynalı Yakiv Xammoya uduzaraq mübarizəni dayandırıb.
100 kq çəki dərəcəsində Əjdər Bağırov ilk raunddan azad olub, daha sonra ABŞ-li Daniel Lyubumovskini məğlub edib. Azərbaycan cüdoçusu 1/8 finalda rusiyalı Niyaz Bilalova uduzub.
Vüqar Talıbov (90 kq) rumıniyalı Aleks Kretlə ilk görüşündə zədələnib və mübarizəni davam etdirə bilməyib.
Qadınların yarışında Mədinə Qaysınova (+78 kq) ilk görüşdə belçikalı Qabriella Buyveyə məğlub olub.
Hazırda Azərbaycan millisinin aktivində iki medal var. Rəşid Məmmədəliyev (73 kq) qızıl medal qazanıb, Vüsal Qalandarzadə (81 kq) isə bürünc mükafata sahib çıxıb.
14:07
Azərbaycanın üç cüdoçusu Budapeştdə keçirilən “Böyük Dəbilqə” turnirində 1/8 finala yüksəlib.
İdman.Biz xəbər verir ki, 100 kq çəki dərəcəsində Əjdər Bağırov ilk raunddan azad olub, daha sonra ABŞ-li Daniel Lyubumovskini məğlub edib. O, 1/8 finalda rusiyalı Niyaz Bilalovla qarşılaşacaq.
+100 kq çəki dərəcəsində Camal Qamzətxanov ilk görüşündə serbiyalı İqor Vraçar üzərində qələbə qazanaraq 1/8 finala vəsiqə əldə edib.
Azərbaycanın digər ağır çəkili cüdoçusu Kənan Nəsibov isə startda rusiyalı Artyom Zolotuxini məğlub edib. Növbəti mərhələdə onun rəqibi ukraynalı Yakiv Xammo olacaq.
90 kq çəki dərəcəsində Vüqar Talıbov ilk raunddan azad olub. Rumıniyalı Aleks Kretlə ilk görüşündə Azərbaycan cüdoçusu zədələnib və mübarizəni davam etdirə bilməyib.
Qadınların +78 kq çəki dərəcəsində Mədinə Qaysınova ilk görüşdə belçikalı Qabriella Buyveyə məğlub olaraq turnirdə çıxışını başa vurub.
Hazırda Azərbaycan millisinin aktivində iki medal var. Rəşid Məmmədəliyev 73 kq çəki dərəcəsində qızıl, Vüsal Qalandarzadə isə 81 kq-da bürünc medal qazanıb.
10:02
Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirinə bu gün yekun vurulacaq.
İdman.Biz xəbər verir ki, yarışın son günündə Azərbaycanın beş təmsilçisi tatamiyə çıxacaq.
90 kq çəki dərəcəsində mübarizə aparan Vüqar Talıbov ilk raunddan azaddır. 100 kq-da çıxış edən Əjdər Bağırov da mübarizəyə ikinci mərhələdən başlayacaq.
+100 kq çəki dərəcəsində Camal Qamzatxanov ilk görüşündə serbiyalı İqor Vraçarla, Kənan Nəsibov isə rusiyalı Artyom Zolotuxinlə qarşılaşacaq.
Qadınların yarışında +78 kq çəki dərəcəsində çıxış edən Mədinə Qaysınova ilk görüşünü Belçika təmsilçisi Qabriel Buyve ilə keçirəcək.
Qeyd edək ki, iki yarış günündən sonra Azərbaycan millisinin aktivində iki medal var. Rəşid Məmmədəliyev (73 kq) qızıl medal qazanıb, Vüsal Qalandarzadə (81 kq) isə bürünc mükafata sahib çıxıb.
