Azərbaycan Cüdo Federasiyasının (ACF) məşqçilər üçün təşkil etdiyi adaptiv cüdo kursunun praktiki məşğələsi maraqlı anlarla yadda qalıb.
İdman.Biz xəbər verir ki, Azərbaycan Xüsusi Olimpiya Komitəsinin prezidenti, Olimpiya mükafatçısı Mövlud Mirəliyev, Olimpiya çempionu Zelim Kotsoyev və dünya çempionu Əhməd Yusifov məşğələyə qoşularaq adaptiv cüdo qrupunun üzvləri ilə birlikdə tatamiyə çıxıblar.
Qonaqlar uşaqlarla birgə müxtəlif hərəkət və tapşırıqları yerinə yetirib, onlarla ünsiyyət qurub və məşğələdə fəal iştirak ediblər. Səmimi atmosferdə keçən məşğələ iştirakçılar üçün həm motivasiya, həm də xoş xatirə olub.
Bu cür görüşlər adaptiv cüdonun yalnız fiziki hazırlıq deyil, eyni zamanda ünsiyyət, sosiallaşma və inklüzivliyin təşviqi baxımından da mühüm rol oynadığını göstərir.
Olimpiya çempionu adaptiv cüdo məşqinə qatıldı - FOTO
