Azərbaycan cüdoçuları Valensiya toplanışında

Xəbərlər
2 İyul 2024 17:17
242
Azərbaycan cüdoçuları Valensiya toplanışında

Qadın cüdoçulardan ibarət Azərbaycan millisi İspaniyaya yollanıb.

İdman.biz xəbər verir ki, yığmamız Valensiya şəhərində təlim-məşq toplanışı keçəcək.

Səfərə yollanan heyətdə Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edəcək Leyla Əliyeva (48 kq) və Gültac Məmmədəliyeva (52 kq), həmçinin Könül Əliyeva, Aydan Vəliyeva, Fidan Əlizadə və Açelya Toprak yer alıblar. Təlim-məşq toplanışı millinin baş məşqçisi Rəşad Məmmədovun rəhbərliyi altında gerçəkləşəcək.

Qeyd edək ki, cüdoçularımızın səfəri Olimpiadaya və sonrakı yarışlara hazırlıq xarakteri daşıyır.

İdman.biz

Məqalədə: