“Qızıldan başqa medal istəmirəm”

Xəbərlər
22 Sentyabr 2023 20:23
162
“Qızıldan başqa medal istəmirəm”

“Bu turnirdə əsas hədəfim qızıl medal qazanmaq idi və xoşbəxtəm ki, bunu bacardım”

İdman.biz xəbər verir ki, bu sözləri 66 kq çəki dərəcəsində çıxış edən Azərbaycan cüdoçusu Yaşar Nəcəfov Bakıda keçirilən Bakıda keçirilən “Böyük dəbilqə” turnirindəki qalibiyyəti barədə danışarkən deyib.

Yaşar Cəfərov yarışın yüksək səviyyədə təşkil olunduğunu bildirib: “Məqsədim qızıl medal əldə etmək idi, bu yolda güclü rəqiblərim var idi. Buna baxmayaraq var gücümlə mübarizə apararaq qızıl medala sahib oldum”.

O, qarşıdan gələn cüdo üzrə Avropa çempionatına da yüksək səviyyədə hazırlaşacağını vurğulayıb: “Əsas məqsədim “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edib, Azərbaycan himnini səsləndirməkdir. Məqsədim hər bir turnirdə yalnız qızıl medal qazanmaqdır, başqa medaldan söhbət gedə bilməz”.

Ağa Dadaşzadə

İdman.biz