ACF lisenziya verdiyi idman təşkilatlarının sayını açıqlayıb - FOTO

Xəbərlər
23 İyun 2024 12:15
99
ACF lisenziya verdiyi idman təşkilatlarının sayını açıqlayıb - FOTO

Azərbaycan Cüdo Federasiyası idman təşkilatlarının lisenziyalaşdırılması prosesini davam etdirir.

İdman.biz xəbər verir ki, ACF tərəfindən 46 idman təşkilatına beş il müddətinə lisenziya verilib.

Bu təşkilatlar qaydalara uyğun olaraq tələb olunan sənədləri təqdim edib və müəyyən edilmiş meyarlar əsasında seçilib.

ACF-in İdman direktoru Kamran Talıbov və ACF-in İcraiyyə Komitəsinin üzvü Ağayar Axundzadə lisenziyanın mahiyyətindən və əhəmiyyətindən, idman təşkilatlarının öhdəliklərindən danışıb, lisenziya əldə edən idman təşkilatlarını təbrik ediblər.

İdman.biz