Rəşad Nəbiyev cüdo millisi ilə görüşüb - FOTO

19 İyul 2026 14:15
347
Rəşad Nəbiyev cüdo millisi ilə görüşüb - FOTO

Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev Qusarda təlim-məşq toplanışını davam etdirən kişilərdən ibarət milli komandanın üzvləri ilə görüşüb.

İdman.Biz xəbər verir ki, görüşdə dünya çempionatına hazırlığın gedişi, mundial öncəsi əsas hədəflər, komandanın hazırlıq planı və qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb.

Federasiya prezidenti idmançılara və məşqçilər heyətinə uğurlar arzulayıb, onların dünya çempionatında uğurlu çıxış edəcəklərinə inamını ifadə edib.

İdman.Biz