Zaqreb Qran-prisi: İkinci gün üç idmançımız mübarizə aparacaq

14 Noyabr 2026 09:36
56
Zaqreb Qran-prisi: İkinci gün üç idmançımız mübarizə aparacaq

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən cüdo üzrə Qran-pri turnirinin ikinci günündə Azərbaycanın üç idmançısı tatami üzərinə çıxacaq.

İdman.Biz xəbər verir ki, təmsilçilərimiz iki çəki dərəcəsində mübarizə aparacaqlar.

Qadınların yarışında 70 kq çəki dərəcəsində Südabə Ağayeva 1/16 final mərhələsində ukraynalı Olha Tsimko ilə qarşılaşacaq.

Kişilərin 73 kq çəki dərəcəsində isə Nəriman Mirzəyev 1/32 finalda finlandiyalı Valtteri Olinlə, Rüfət Şövlətov xorvatiyalı Luka Katiçlə üz-üzə gələcək.

Təsnifat görüşləri Bakı vaxtı ilə saat 12:45-də, final bloku isə 20:00-da başlayacaq.

Qeyd edək ki, turnirdə 52 kq çəki dərəcəsində çıxış edən Gültac Məmmədəliyeva bürünc medal qazanıb. Yarış nobarın 15-də yekunlaşacaq.

İdman.Biz