Rəşad Rəsullu Ermənistan cüdoçularının Bakıya gəlməsi məsələsinə aydınlıq gətirdi

16 İyul 2026 13:02
138
Rəşad Rəsullu Ermənistan cüdoçularının Bakıya gəlməsi məsələsinə aydınlıq gətirdi

Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu Ermənistan cüdoçularının Bakıda keçiriləcək dünya çempionatında iştirakı məsələsinə aydınlıq gətirib.

İdman.Biz xəbər verir ki, icraçı vitse-prezident cüdo üzrə dünya çempionatına hazırlıqla bağlı keçirilən mətbuat konfransında bu barədə danışıb.

“Ermənistan öz cüdoçularının iştirakı üçün müraciət etməyib. Müraciət edərlərsə, onların iştirakı üçün şərait yaradılacaq”, - deyə R.Rəsullu bildirib.

Qeyd edək ki, cüdo üzrə dünya çempionatı oktyabrın 4-dən 11-dək Milli Gimnastika Arenasında keçiriləcək.

İdman.Biz
Məqalədə: