Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu Bakıda keçiriləcək dünya çempionatına hazırlıq prosesi barədə danışıb.
İdman.Biz xəbər verir ki, cüdo üzrə dünya çempionatına hazırlıqla bağlı keçirilən mətbuat konfransında çıxış edən icraçı vitse-prezident yarışın təşkili ilə bağlı fikirlərini bölüşüb.
“Dünya çempionatının Bakıda keçirilməsi əlamətdar haldır. Bizim üçün əhəmiyyətli yarışdır. Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi ilə yaxından əməkdaşlıq edirik. Tədbiri yüksək səviyyədə təşkil etmək üçün köməkliklərini əsirgəmirlər. Dünya çempionatının ən yaxşı mundiallardan biri olmasını hədəfləyirik”, – deyə Rəsullu bildirib.
ACF rəsmisi yarışa marağın böyük olduğunu da vurğulayıb:
“670 bilet artıq alınıb. Onların 80 faizi ölkə xaricindən əldə olunub. Bunlar 20-yə yaxın ölkənin nümayəndələridir. Turnirə böyük maraq var”.
Qeyd edək ki, cüdo üzrə dünya çempionatı oktyabrın 4–11-də Milli Gimnastika Arenasında keçiriləcək.
