Hidayət Heydərov Bakıdakı dünya çempionatında 73 kq çəki dərəcəsində çıxış edəcək - VİDEO

16 İyul 2026 12:45
139
Hidayət Heydərov Bakıdakı dünya çempionatında 73 kq çəki dərəcəsində çıxış edəcək

"Olimpiya çempionu Hidayət Heydərov Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatında 73 kq çəki dərəcəsində çıxış edəcək".

İdman.Biz-in məlumatına görə, bunu Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti, 2008-ci il Olimpiya çempionu Elnur Məmmədli cüdo üzrə dünya çempionatına hazırlıqla bağlı keçirilən mətbuat konfransında açıqlayıb.

ACF rəsmisi dünya çempionatına hazırlıqla bağlı keçirilən mətbuat konfransında Hidayət Heydərovun çıxış edəcəyi çəki dərəcəsinə aydınlıq gətirib.

“Hidayət Heydərov Bakıdakı dünya çempionatında 73 kq çəki dərəcəsində mübarizə aparacaq. Elcan Hacıyevin iştirakı isə hələlik sual altındadır. O, əməliyyatdan sonra hazırda Yaponiyada təlim-məşq toplanışındadır. Komandanın yekun heyəti daha sonra müəyyənləşəcək”, – deyə Məmmədli bildirib.

ACF-nin icraçı vitse-prezidenti Rəşad Rəsullu isə bütün idmançıların milli komandada yer almaq üçün mübarizə aparmalı olduğunu vurğulayıb.

Qeyd edək ki, Hidayət Heydərov Çinin Sindao şəhərində keçirilən “Qran-pri” turnirində 81 kq çəki dərəcəsində çıxış edərək bürünc medal qazanıb.

Cüdo üzrə dünya çempionatı oktyabrın 4-dən 11-dək Milli Gimnastika Arenasında keçiriləcək.

İdman.Biz
Məqalədə: