İyulun 25-26-da Bakıda Avropa Cüdo Ümidləri Turniri keçiriləcək.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.
Bildirilib ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutacaq yarışda 10 ölkədən 87 klubu təmsil edən 329 cüdoçu (281 oğlan, 48 qız) qüvvəsini sınayacaq.
Abşeron Olimpiya İdman Kompleksində baş tutacaq turnirdə idmançılar U-14 və U-16 yaş kateqoriyaları üzrə mübarizə aparacaqlar.
Qeyd edək ki, iyulun 24-26-da yarış iştirakçıları üçün Kodokan mütəxəssisi, ikiqat Olimpiya mükafatçısı, üçqat dünya çempionu Misato Nakamura və Olimpiya mükafatçısı Mariya Çentrakkionun rəhbərliyi ilə texniki seminarlar təşkil olunacaq.
