Hidayət Heydərovla Zelim Kotsoyev dünya reytinqinin zirvəsində

Xəbərlər
25 May 2024 14:32
675
Hidayət Heydərovla Zelim Kotsoyev dünya reytinqinin zirvəsində

BƏƏ-nin paytaxtı Abu-Dabidə keçirilən dünya çempionatından sonra cüdoçuların reytinqinin liderləri bəlli olub.

İdman.biz xəbər verir ki, Azərbaycan millisinin iki idmançısı dünya sıralamasının zirvəsində qərarlaşıb.

Hidayət Heydərov (73 kq) birinci pillədəki mövqeyini daha da möhkəmlədib. Zelim Kotsoyev (100 kq) isə mundialdan sonra 1-ci yerə yüksəlib.

Qeyd edək ki, Hidayət və Zelim Abu-Dabidə qızıl medal qazanıb.

İdman.biz