Zelim Kotsoyev: “Hidayət otağıma gələrək qızıl medalı göstərdi və bildirdi ki..." - VİDEO

Müsahibə
24 May 2024 11:20
3 232
Zelim Kotsoyev: “Hidayət otağıma gələrək qızıl medalı göstərdi və bildirdi ki..." - VİDEO

“Ötən il Avropa çempionu oldum. Bu il isə dünya çempionluğunu əldə etdim”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan millisinin cüdoçusu Zelim Kotsoyev (100 kq) deyib.

O, BƏƏ-nin paytaxtı Abu-Dabidə dünya çempionatında qızıl medal qazanmasının təəssüratlarını bölüşüb. Kotsoyevin sözlərinə görə, Dövlət Himnimizi səsləndirdiyi üçün çox xoşbəxtdir: “Hər zaman çalışıram ki, yarışlarda bayrağımızı yüksəklərə qaldırım. Hər zaman dünya çempionu olmaq arzusunda olmuşam. İndiyə kimi mundiallarda iki dəfə bürünc medal qazanmışam. Şəxsi məşqçim Elxan Məmmədov daima mənə motivasiya verərək, ruhlandırırdı ki, sən dünya çempionu olacaqsan. Hidayət Heydərov bu uğura imza atdıqdan sonra otağıma gələrək qızıl medalı göstərdi və bildirdi ki, Zelim, görürsən, bu, realdır və bacarmaq olar. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Hidayəti təbrik etməsi, Heydərovu şoka salmışdı. Bunun özü də mənə çox böyük motivasiya oldu”.

Qeyd edək ki, Kotsoyevdən öncə Hidayət Heydərov (73 kq) da dünya çempionatında qızıl medal qazanıb. Azərbaycan millisi isə 2 çempionluqla mundiallar tarixində ən yaxşı nəticəsinə imza atıb.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: