"European Open"ın ilk günündə Azərbaycan cüdoçuları iki medal qazanıb

Xəbərlər
16 Sentyabr 2023 19:35
106
"European Open"ın ilk günündə Azərbaycan cüdoçuları iki medal qazanıb

Sarayevoda keçirilən "European Open" turnirinin ilk günündə cüdo üzrə Azərbaycan yığması iki medal qazanıb.

İdman.biz-in məlumatına görə, 73 kq çəki dərəcəsində Nəriman Mirzəyev çempion olub. Həlledici döyüşdə o, isveçrəli Naim Mett üzərində qələbə qazanıb.

66 kq çəki dərəcəsində İslam Rəhimov gümüş mükafata layiq görülüb. Finalda o, britaniyalı Samuel Holla məğlub olub.
Qeyd edək ki, yarışda yığmanın ehtiyat komandası mübarizə aparır.

Nicat Zəkiyev

İdman.biz