Azərbaycanlı hakim cüdo üzrə dünya çempionatında ədaləti qoruyacaq

21 Sentyabr 2026 11:45
68
Azərbaycanlı hakim cüdo üzrə dünya çempionatında ədaləti qoruyacaq

Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, A kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev Bakıda böyüklər arasında keçiriləcək cüdo üzrə dünya çempionatında ədalət təmsilçilərindən biri olacaq.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Bildirilib ki, N.Umbayev cüdo üzrə dünya çempionatlarında hakimlik edən ilk azərbaycanlı referidir. O, ilk dəfə 2025-ci ildə Macarıstanda keçirilən mundialın hakimlər heyətinə daxil edilib.

Dünya çempionatı oktyabrın 4-11-də Milli Gimnastika Arenasında keçiriləcək.

İdman.Biz
Məqalədə: