Rüstəm Orucov idman komissarı vəzifəsində - FOTO

Xəbərlər
25 Aprel 2024 09:32
184
Rüstəm Orucov idman komissarı vəzifəsində - FOTO

Olimpiya mükafatçısı Rüstəm Orucov idman komissarı vəzifəsini icra edib.

İdman.biz xəbər verir ki, o, bu funksiyanı Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində keçirilən kiçikyaşlı yeniyetmələr arasında Avropa Cüdo Ümidlər Kubokunda yerinə yetirib.

Orucov bu ilin fevralından Avropa Cüdo Birliyinin təşkil etdiyi turnirlərdə idman komissarı kimi fəaliyyət göstərir.

Qeyd edək ki, yarış aprelin 20-21-də olub.

İdman.biz

Məqalədə: