Bakıda keçiriləcək "Böyük Dəbilqə"yə 61 ölkədən cüdoçu müraciət edib

Xəbərlər
6 Sentyabr 2023 11:17
99
Bakıda keçiriləcək "Böyük Dəbilqə"yə 61 ölkədən cüdoçu müraciət edib

Sentyabrın 22-24-də Bakıda keçiriləcək cüdo üzrə "Böyük Dəbilqə" turnirində iştirak edən komandaların sayı artmaqda davam edir.

İdman.biz xəbər verir ki, bu gün 61 ölkədən komanda müvafiq ərizələrini Təşkilat Komitəsinə göndərərək reytinq startına çıxmaq niyyətlərini bildiriblər. Onların arasında İspaniya, İsveç, Venesuela, ABŞ, Yaponiya, Cənubi Koreya, İtaliya, Qazaxıstan və bir çox başqa ölkələr var.

Ümumilikdə 352 idmançı qeydiyyatdan keçib və hər gün yeni müraciətlər daxil olur. Buna görə də komandaların və iştirakçıların yekun sayı sentyabrın 21-dək, yəni turnirin püşkatma mərasiminin keçiriləcəyi vaxta kimi müəyyənləşəcək.

Azərbaycan millisinin məşqçilər korpusunun Daşkənddəki təlim-məşq toplanışı başa çatdıqdan sonra ev yarışı üçün ərizəni açıqlayacağı gözlənilir.

Zəki Feyzullayev

İdman.biz