Azərbaycan birinciliyində qaliblər müəyyənləşib - FOTO

Xəbərlər
24 Fevral 2024 21:09
132
Azərbaycan birinciliyində qaliblər müəyyənləşib - FOTO

Azərbaycan Cüdo Federasiyası və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən cüdo üzrə 21 yaşa qədər gənclər arasında ölkə birinciliyində fərdi yarışlara yekun vurulub.

İdman.biz xəbər verir ki, 2 gün davam edən yarışda qızlar və oğlanlar arasında 16 çəki dərəcəsində qaliblər müəyyənləşib.

Birincilikdə 62 klub, cəmiyyət və idman təşkilatından olan 216 cüdoçu medallar uğrunda mübarizə aparıb. Yarışların sonuncu günündə qızlar arasında 48 kq, 57 kq, 70 kq və +78 kq çəki dərəcələrində, oğlanlar arasında isə 60 kq, 73 kq, 90 kq və +100 kq çəki dərəcələrində mükafatçılar bəlli olub.

Qeyd edək ki, fərdi yarışların nəticələrinə görə, medalların sayında Neftçi İdman Klubu Bakı 1-ci, Neftçi İdman Klubu Sumqayıt 2-ci, Kanokan TT İdman Klubu isə 3-cü yerə layiq görülüb. 26 komanda müxtəlif əyarlı medal qazanıb.

İdman.biz

Məqalədə: