Azərbaycanın 3x3 basketbol millisi Avropada üçüncü oldu - YENİLƏNİB

13 Sentyabr 2026 22:47
1 373
Azərbaycanın 3x3 basketbol millisi Avropada üçüncü oldu - YENİLƏNİB

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Avropa çempionatını üçüncü pillədə başa vurub.

İdman.Biz xəbər verir ki, yığmamız üçüncü yer uğrunda görüşdə Sloveniya millisinə 21:18 hesabı ilə qalib gəlib.

Beləliklə, Azərbaycan komandası qitə birinciliyinin bürünc medalına sahib çıxıb və Avropanın üçüncü ən güclü komandası olub.

Qeyd edək ki, millimiz 1/4 finalda Fransanı 20:15 hesabı ilə məğlub edib, yarımfinalda isə İspaniyaya 16:20 hesabı ilə uduzub.

21:03

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Belçikanın Antverpen şəhərində keçirilən Avropa çempionatında finala yüksələ bilməyib.

İdman.Biz xəbər verir ki, yığmamız yarımfinal qarşılaşmasında İspaniya millisi ilə üz-üzə gəlib və 16:20 hesabı ilə məğlub olub.

Bu nəticədən sonra Azərbaycan komandası mübarizəni bürünc medal uğrunda davam etdirəcək.

Millimiz üçüncü yer uğrunda görüşdə Sloveniya yığması ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 22:15-də başlayacaq.

Qeyd edək ki, Azərbaycan yığması 1/4 finalda Fransa komandasını 20:15 hesabı ilə məğlub edərək yarımfinala yüksəlmişdi.

17:39

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Belçikanın Antverpen şəhərində keçirilən Avropa çempionatının yarımfinalına yüksəlib.

İdman.Biz xəbər verir ki, milli komanda 1/4 finalda Fransa yığmasına 20:15 hesabı ilə qalib gəlib.

Finala vəsiqə uğrunda Azərbaycan basketbolçuları İspaniya millisi ilə qarşılaşacaqlar.

Yarımfinal görüşü bu gün, 13 sentyabrda keçiriləcək və Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

09:23

Qadınlardan ibarət 3x3 basketbol üzrə Azərbaycan milli komandası bu gün Avropa Kubokunda növbəti oyununu keçirəcək.

İdman.Biz xəbər verir ki, Belçikanın Antverpen şəhərində təşkil olunan yarışın 1/4 final mərhələsində yığmamız Fransa millisi ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 16:45-də başlayacaq. Qarşılaşmanın qalibi yarımfinala vəsiqə qazanacaq.

Qeyd edək ki, Azərbaycan millisi A qrupunda keçirdiyi ilk oyunda Niderlanda 12:21 hesabı ilə məğlub olub. Komandamız ikinci qarşılaşmada Ukraynaya 20:7 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib.

Xatırladaq ki, millimiz ötən il keçirilən Avropa Kubokunda gümüş medal qazanıb. Komandamız finalda Niderland seçməsinə 16:21 hesabı ilə məğlub olub.

İdman.Biz