“Böyük dəbilqə”də son gün: Cüdoçularımızdan 1 dəst medal - FOTO

Xəbərlər
18 Fevral 2024 19:28
168
“Böyük dəbilqə”də son gün: Cüdoçularımızdan 1 dəst medal - FOTO

Bakıda təşkil olunan cüdo üzrə "Böyük dəbilqə" turniri sona çatıb.

İdman.biz xəbər verir ki, yarışın son günündə yığmamız daha 3 medal qazanıb.

bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsində yer alıb. O, həlledici görüşdə Kristian Totu (Macarıstan) məğlub edib. Eyni çəkidə yarışan Vüqar Talıbov isə üçüncü yeri tutub.

Camal Qəmzətxanov (+100 kq) Bakı "Böyük dəbilqə" turnirində uğurlu çıxış edib. O, yarışın gümüş medalını qazanıb. Camal finalda Valeri Endovitskiyə uduzub.

Qeyd edək ki, Olimpiadaya lisenziya xalları verən yarışda 61 ölkədən 404 idmançı iştirak edib. "Böyük dəbilqə"nin ilk iki günündə Azərbaycan cüdoçularından Hidayət Heydərov (73 kq) və Zelim Tçkayev (81 kq) qızıl, Ömər Rəcəbli (81 kq) gümüş, Balabəy Ağayev (60 kq) və Yaşar Nəcəfov (66 kq) isə bürünc medal qazanıblar.

İdman.biz

Məqalədə: