“Böyük dəbilqə”: Cüdoçularımız ilk günü medalsız başa vurub - YENİLƏNİB

Xəbərlər
2 Fevral 2024 16:05
128
“Böyük dəbilqə”: Cüdoçularımız ilk günü medalsız başa vurub - YENİLƏNİB

Parisdə keçirilən cüdo üzrə “Böyük dəbilqə” turnirinə start verilib.

İdman.biz xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin iki təmsilçisi tatamı üzərinə çıxıb.

60 kq çəkidə mübarizə aparan cüdoçularımız çıxışını medalsız başa vurub.

Böyük dəbilqə
Kişilər
60 kq

İmran Yusifov ilk görüşdə tacikistanlı Merzod Sufiyevə qalib gəlib. O, ardınca Ariunbold Enxatayvanı (Monqolustan) da mübarizədən kənarlaşdırıb. Yusifov 1/8 finalda fransalı Romain Pikardla üz-üzə gəlib. İmran bu dəfə məğlub olduğundan yarışla vidalaşıb.

Nazir Talıbov isə startda ukraynalı Artyom Lesyuka uduzub.

Qeyd edək ki, yığmamız yarışa 9 cüdoçu ilə yollanıb.

İdman.biz

Məqalədə: