Cüdoçuların Azərbaycan birinciliyi baş tutacaq

Xəbərlər
14 Yanvar 2024 20:19
135
Cüdoçuların Azərbaycan birinciliyi baş tutacaq

Yanvarın 16-19-da 18 yaşadək yeniyetmə cudoçular arasında Azərbaycan birinciliyi keçiriləcək.

İdman.biz xəbər verir ki, yarış Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq.

Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutacaq yarışda qızlar və oğlanlar arasında 18 çəki dərəcəsində qaliblər bəlli olacaq. Yarışda ölkənin müxtəlif regionlarından, Sumqayıt və Bakı şəhərindən 100 müxtəlif klub, cəmiyyət və idman təşkilatından olan 743 cüdoçu medallar uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, birinciliyin fərdi yarışları yanvarın 16-18-də, komanda yarışları isə yanvarın 19-da baş tutacaq.

İdman.biz