Avropa çempionatı: Azərbaycan cüdo millisinin ilkin tərkibi açıqlanıb

26 Mart 2026 12:11
99
Avropa çempionatı: Azərbaycan cüdo millisinin ilkin tərkibi açıqlanıb

16-19 aprel aralığında Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək cüdo üzrə böyüklər arasında Avropa çempionatında Azərbaycanı təmsil edəcək ilkin heyət müəyyənləşib.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

İlkin siyahıya doqquz kişi və altı qadın olmaqla ümumilikdə 15 cüdoçu daxil edilib.

Avropa çempionatı üçün ilkin heyət aşağıdakı kimidir:
Kişilər
60 kq

Balabəy Ağayev
Əhməd Yusifov

66 kq
Ruslan Paşayev

73 kq
Hidayət Heydərov

81 kq
Zelim Tçkayev
Ömər Rəcəbli

90 kq
Murad Fətiyev

100 kq
Zelim Kotsoyev

+100 kq
Kənan Nəsibov

Qadınlar
48 kq

Könül Əliyeva
Şəfəq Həmidova

52 kq
Leyla Əliyeva
Gültac Məmmədəliyeva

70 kq
Südabə Ağayeva

+78 kq
Madina Kaisinova

Qeyd edək ki, milli komandanın yekun heyəti yarışa bir həftə qalmış açıqlanacaq.

İdman.Biz