İlham Zəkiyev Astana Qran-prisində mübarizəyə başlayır

13 May 2026 10:28
101
İlham Zəkiyev Astana Qran-prisində mübarizəyə başlayır

Azərbaycan paracüdoçusu, ikiqat Paralimpiya çempionu İlham Zəkiyev Astana Qran-prisində mübarizə aparacaq.

İdman.Biz xəbər verir ki, təcrübəli idmançı Qazaxıstanın paytaxtı Astanada keçirilən yarışda J1 kateqoriyasında, +95 kq çəki dərəcəsində qüvvəsini sınayacaq.

IBSA-nın rəsmi təqviminə əsasən, Astana Qran-prisi 14 may tarixində yekunlaşacaq.

İlham Zəkiyev Azərbaycan paracüdosunun ən titullu nümayəndələrindən biridir. Doqquzqat Avropa çempionu olan paralimpiyaçımız daha əvvəl dəfələrlə beynəlxalq arenalarda ölkəmizin bayrağını zirvəyə qaldırıb.

İdman.Biz
Məqalədə: