Azərbaycan millisi cüdo üzrə Avropa Kubokunda mübarizəni davam etdirir

10 May 2026 13:00
120
Azərbaycan millisi cüdo üzrə Avropa Kubokunda mübarizəni davam etdirir

Bu gün Gürcüstanın Qori şəhərində böyüklər arasında cüdo üzrə Avropa Kubokuna yekun vurulacaq.

İdman.Biz xəbər verir ki, Azərbaycan yarışda 24 idmançı ilə təmsil olunur. Onlardan 18-i kişi, 3-ü qadındır.

Yarışın ikinci günündə səkkiz azərbaycanlı cüdoçu tatamiyə çıxacaq. 90 kq çəki dərəcəsində Nihad Şıxəlizadə və Xəyyam Əliyev mübarizə aparacaq. 100 kq-da Ajdar Bağırov, Şahin Əsədov və Elmar Qasımov çıxış edəcək. +100 kq çəkidə isə Qurban Məmmədli qüvvəsini sınayacaq.

Qadınların yarışında Diana Tskayeva (48 kq) və Ülviyyə Bayramova (57 kq) medal uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, turnirdə 18 ölkədən 191 cüdoçu iştirak edir. Hazırda Azərbaycan millisinin aktivində 5 medal var – 1 qızıl, 1 gümüş və 3 bürünc.

İdman.Biz