“Azərbaycan cüdo yığmasının bütün diqqəti artıq Bakıda keçiriləcək dünya çempionatına yönəlib”.
İdman.Biz xəbər verir ki, bu barədə olimpiya çempionu Hidayət Heydərov (73 kq) açıqlama verib.
O bildirib ki, Tbilisidə baş tutan Avropa çempionatı artıq geridə qalıb və komanda tam şəkildə qarşıdan gələn mundiala hazırlaşır:
“Artıq bütün hazırlıqlar Bakıdakı dünya çempionatına köklənib. Komandamıza inamımız böyükdür. Əminik ki, bütün idmançılarımız ölkəmizi bu yarışda layiqincə təmsil edəcəklər”.

H.Heydərov mətbuata çox açıqlama vermək istəmədiyini də söyləyib:
“Yanlış anlaşılmasını istəmirəm, lakin müsahibə verməyi çox xoşlamıram. Bu, şəxsi fikrimdir. Bu səbəbdən çox danışmıram”.
Qeyd edək ki, Hidayət Heydərov ötən ay Gürcüstanın paytaxtı Tbilisidə keçirilmiş Avropa çempionatında gümüş medal qazanıb.

