Azərbaycanın gənclərdən ibarət cüdo millisi Türkiyənin İstanbul şəhərində təşkil olunan beynəlxalq təlim-məşq toplanışında iştirak edir. Avropa Cüdo Birliyinin (EJU) xətti ilə keçirilən bu hazırlıq prosesinə ölkəmiz geniş heyətlə qatılıb.
İdman.Biz xəbər verir ki, təlim-məşq toplanışında ümumilikdə 45 cüdoçumuz (33 oğlan və 12 qız) gücünü sınayır.
Komandaya gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli, məşqçi Elxan Rəcəbli və qadınlardan ibarət yığmanın böyük məşqçisi Saşa Herkenrat-Vimar rəhbərlik edirlər.
Qarşıdakı mötəbər yarışlara hazırlıq məqsədi daşıyan məşqlər 6 may tarixində yekunlaşacaq.
