Azərbaycanın cüdo hakimləri İstanbulda beynəlxalq yarışda iştirak ediblər - FOTO

4 May 2026 16:09
143
Azərbaycanın cüdo hakimləri İstanbulda beynəlxalq yarışda iştirak ediblər - FOTO

Azərbaycan Cüdo Federasiyasının (ACF) hakimlər heyətinin üzvləri növbəti beynəlxalq yarışda ölkəni təmsil ediblər.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

A kateqoriyalı beynəlxalq dərəcəli hakim Rəşad Əliyev, B kateqoriyalı beynəlxalq dərəcəli referi Ülvi Əliyev və respublika dərəcəli hakim İslam Nəcəfquliyev Türkiyənin İstanbul şəhərində keçirilən cüdo üzrə gənclər arasında Avropa Kubokunda ədalət təmsilçiləri sırasında yer alıblar.

İdman.Biz