Azərbaycan Cüdo Federasiyası məşqçilər üçün sertifikatlaşdırma kursu təşkil edəcək.
İdman.Biz xəbər verir ki, birinci səviyyə məşqçi sertifikatlaşdırma kursları nəzəri və praktiki hissələrdən ibarət olacaq.
Kurs proqramı “IJF Academy”yə müraciət etmək istəyənlər üçün vacib şərt hesab olunur.
Nəzəri mərhələ 1-6 iyun tarixlərini əhatə edəcək. Praktiki hissə isə 22-26 iyun aralığında təşkil olunacaq.
Kursa qatılmaq istəyən namizədlər üçün əsas tələblərdən biri minimum birinci dan dərəcəsinə malik olmaqdır. Təlimlər ödənişli əsaslarla keçiriləcək.
Müraciət etmək istəyənlər Azərbaycan Cüdo Federasiyasına (Bakı şəhəri, Azadlıq pr. 128) şəxsən yaxınlaşa və ya +994 10 236 29 42 nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Qeydiyyat üçün son tarix 18 may müəyyənləşdirilib.
