26 cüdoçumuz Avropa Kubokunda iştirak edəcək

6 May 2026 14:57
148
26 cüdoçumuz Avropa Kubokunda iştirak edəcək

Gürcüstanın Qori şəhərində keçiriləcək böyüklər arasında Avropa Kubokunda Azərbaycanın 26 cüdoçusu mübarizə aparacaq.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Bildirilib ki, idmançılar doqquz çəki dərəcəsində (23 kişi, 3 qadın) ölkəni təmsil edəcəklər.

Kişilərdən Babarəhim Mirzəyev, Murad Əliyev, Murad Muradlı, Məhəmməd Məmişov, Şamo Hüseynov (hamısı 60 kq), Yaşar Nəcəfov, Hüseyn Allahyarov, Zahir Ağazadə, İslam Rəhimov, Nizami İmranov, Bəhram Qurbanlı, Elşən Əsədov, Nazir Talıbov (hamısı 66 kq), Nadir İmanov, Rüfət Şövlətov, Nəriman Mirzəyev, Elton İmranov (hamısı 73 kq), Xəyyam Əliyev (90 kq), Nihad Şıxəlizadə, Əjdər Bağırov, Şahin Əsədov, Elmar Qasımov (hamısı 100 kq), Qurban Məmmədli (+100 kq), qadınlardan Diana Tçkayeva (48 kq), Ülviyyə Bayramova (57 kq) və Madina Kaisinova (+78 kq) tatamiyə çıxacaqlar.

Heyətə kişilərdən ibarət yığmanın böyük məşqçiləri - Elçin İsmayılov və Robert Kravçik, qadınlardan ibarət yığmanın məşqçisi İmamverdi Məmmədov rəhbərlik edəcəklər.

Qeyd edək ki, turnir mayın 9-10-da baş tutacaq.

İdman.Biz