Azərbaycan cüdoçuları Qazaxıstanın paytaxtı Astanada keçirilən “Böyük Dəbilqə” turnirində ikinci günü medalsız başa vurublar.
İdman.Biz xəbər verir ki, Rəşid Məmmədəliyev (73 kq) bürünc medal görüşündə Monqolustan cüdoçusu Anxzaya Lavjarqala məğlub olub.
70 kq çəki dərəcəsində yarışan Südabə Ağayeva isə 1/8 finalda almaniyalı Miriam Butkereytə uduzub.
Qeyd edək ki, “Böyük Dəbilqə” turniri mayın 10-da başa çatacaq.
14:32
Azərbaycanın cüdoçusu Rəşid Məmmədəliyev (73 kq) Qazaxıstanın paytaxtı Astanada keçirilən “Böyük Dəbilqə” turnirində bürünc medal uğrunda mübarizə aparacaq.
İdman.Biz xəbər verir ki, təmsilçimiz yarımfinalda İtaliya cüdoçusu Fabio Bazileyə məğlub olub.
Rəşid Məmmədəliyev bürünc medal görüşündə Monqolustan təmsilçisi Anxzaya Lavjarqalla üz-üzə gələcək.
Final blokuna Bakı vaxtı ilə saat 16:00-da start veriləcək.
Qeyd edək ki, “Böyük Dəbilqə” turniri mayın 10-da başa çatacaq.
13:42
Azərbaycanın cüdoçusu Rəşid Məmmədəliyev (73 kq) Qazaxıstanın paytaxtı Astanada keçirilən “Böyük Dəbilqə” turnirində növbəti qələbəsini qazanıb.
İdman.Biz xəbər verir ki, idmançı 1/4 final mərhələsində Özbəkistan təmsilçisi Nizomiddinxuca Toşpulatovu qızıl xalla məğlub edib.
Bu nəticə ilə R.Məmmədəliyev turnirin yarımfinal mərhələsinə yüksəlib. Onun növbəti rəqibi İtaliya cüdoçusu Fabio Baziledir.
12:42
Azərbaycanın cüdoçusu Rəşid Məmmədəliyev (73 kq) Qazaxıstanın paytaxtı Astanada keçirilən “Böyük Dəbilqə” turnirinə qələbə ilə start verib.
İdman.Biz xəbər verir ki, idmançı 1/8 final mərhələsində yerli cüdoçu Yersultan Duysenxanı yuko xalı ilə məğlub edib.
Bu nəticə ilə R.Məmmədəliyev turnirin 1/4 final mərhələsinə yüksəlib. O, 1/4 finalda Özbəkistan idmançısı Nizomiddinxuca Toşpulatovla qarşılacaq.
11:54
Azərbaycanın cüdoçusu Südabə Ağayeva (70 kq) Qazaxıstanın paytaxtı Astanada keçirilən “Böyük Dəbilqə” turnirində çıxışını başa vurub.
İdman.Biz xəbər verir ki, cüdoçumuz 1/8 final mərhələsində Almaniyanı təmsil edən Olimpiya və dünya mükafatçısı Miriam Butkereytə məğlub olub.
Xatırladaq ki, 1/8 finalda Rəşid Məmmədəliyev (73 kq) Yersultan Duysenxan (Qazaxıstan) / Arun Kumar (Hindistan) cütünün qalibi ilə qarşılaşacaq.
09:31
Bu gün Azərbaycanın iki cüdoçusu Qazaxıstanın paytaxtı Astana şəhərində təşkil olunan “Böyük Dəbilqə” turnirində tatamiyə çıxacaq.
İdman.Biz xəbər verir ki, 1/8 finalda Rəşid Məmmədəliyev (73 kq) Yersultan Duysenxan (Qazaxıstan) / Arun Kumar (Hindistan) cütünün qalibi ilə qarşılaşacaq.
70 kq-da mübarizə aparan Südabə Ağayeva isə ilk görüşündə Almaniya təmsilçisi Miriam Butkereyt ilə üz-üzə gələcək.
Qeyd edək ki, “Böyük Dəbilqə” turniri mayın 10-da başa çatacaq.
