Qazaxıstanın paytaxtı Astanada cüdo üzrə “Böyük Dəbilqə” turniri davam edir.
İdman.Biz xəbər verir ki, 90 kq çəki dərəcəsində çıxış edən Aslan Kotsoyev iki mərhələni uğurla adlayıb. O, əvvəlcə Qazaxıstan təmsilçisi Aybol Nissanalini məğlub edib, daha sonra italiyalı Kristian Parlati üzərində qələbə qazanaraq 1/4 finala yüksəlib.
+100 kq çəki dərəcəsində Uşanqi Kokauri də uğurlu çıxışını davam etdirir. O, əvvəlcə Qazaxıstanlı Jantilek Nurtilepulunu məğlub edib, daha sonra 1/4 finalda almaniyalı Erik Abramovu üstələyib.
12:32
Qazaxıstanın paytaxtı Astanada cüdo üzrə “Böyük Dəbilqə” turniri davam edir.
İdman.Biz xəbər verir ki, yarışın üçüncü günündə Azərbaycan millisinin daha üç üzvü tatamiyə çıxıb.
90 kq çəki dərəcəsində çıxış edən Aslan Kotsoyev turnirə uğurlu start verib. O, Qazaxıstan təmsilçisi Aybol Nissanalını məğlub edərək 1/8 finala yüksəlib.
100 kq-dan yuxarı çəki dərəcəsində Uşanqi Kokauri qazaxıstanlı Jantilek Nurtilepuludan üstün olub və 1/4 finala vəsiqə qazanıb.
Azərbaycanın ağır çəkidə digər təmsilçisi Camal Feyziyev isə polşalı Yakub Sordilə uduzaraq turnirlə vidalaşıb.
Qeyd edək ki, hazırda Azərbaycan millisinin aktivində hələ medal yoxdur.
