Azərbaycan hakimləri Avropa Kubokunda iş başında - FOTO

10 May 2026 22:04
134
Azərbaycan hakimləri Avropa Kubokunda iş başında - FOTO

Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvləri Gürcüstanın Qori şəhərində keçirilən böyüklər arasında Avropa Kubokunda iştirak ediblər.

İdman.Biz xəbər verir ki, beynəlxalq turnirdə ölkəmizi üç hakim təmsil edib. “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimlər Arzu Acalova və Rəşad Əliyev, həmçinin “B” kateqoriyalı beynəlxalq dərəcəli hakim Ülvi Əliyev tatami üzərində ədalət təmsilçiləri sırasında yer alıblar.

İdman.Biz