Yeniyetmə cüdoçular Avropa Kubokunda medal uğrunda yarışacaqlar

13 May 2026 09:25
132
Yeniyetmə cüdoçular Avropa Kubokunda medal uğrunda yarışacaqlar

16-17 may tarixlərində Polşanın Bielsko-Biala şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku keçiriləcək.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Bildirilib ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə reallaşacaq yarışda ölkəmiz 16 çəki dərəcəsində 31 cüdoçu (17 oğlan, 14 qız) ilə təmsil olunacaq. Milli komandamıza yeniyetmə oğlanlardan ibarət yığmanın baş məşqçisi Emin İskəndərov, məşqçilər Nicat Şıxəlizadə ilə Kotaro Sasaki, yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov və məşqçi Əmrah Əhmədov rəhbərlik edəcək.

Beynəlxalq turnirdə 36 ölkədən 786 idmançı (449 oğlan, 337 qız) qüvvəsini sınayacaq.

Heyəti təqdim edirik:
Oğlanlar
50 kq

Nihad Ağayev
Fərid Rzazadə

55 kq
Fərid Xudiyev
İbrahim Talıbov
Rza Xəlilli

60 kq
Mehman Əsgərov
Məhəmmədəli Hüsiyev

66 kq
İlkin Qarayev
Elgün Ələkbərov

73 kq
Sadiq Məmmədov
Yusuf Nəzər

81 kq
Yaqub Məmmədov
Ayxan Həsənli

90 kq
Ömər Axundov
Nurəddin Əliyev

+90 kq
Tamerlan Əliyev
Ruslan Kazımov

Qızlar
40 kq

Sunay Salamova
Zəhra Quliyeva

44 kq
Pərvin Sevxanlı
Fatimə Abdullayeva

48 kq
Könül Eyvazlı
Fatimə Fərmanzadə

52 kq
Zəhra Mövləmverdiyeva
Tövsiyyə Babayeva

57 kq
Gülnaz Məmmədtağıyeva
Səmayə Yusifli

63 kq
Nəzakət Vəliyeva
Zilan Hüseynli

70 kq
Məsumə Məmmədli

+70 kq
Zemfira Əliyeva

İdman.Biz