Cüdoçularımız kata üzrə Avropa çempionatında çıxış edəcəklər

14 May 2026 21:48
137
Cüdoçularımız kata üzrə Avropa çempionatında çıxış edəcəklər

Azərbaycan cüdoçuları 16–17 may tarixlərində Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək kata üzrə Avropa çempionatında çıxış edəcəklər.

İdman.Biz bildirir ki, qitə yarışında kata üzrə son ölkə birinciliyinin qalibləri Famil Əsədov (tori) və Yusif Əhmədov (uke) ölkəmizi təmsil edəcəklər. Cüdoçularımız gənclər arasında “nage-no-kata” proqramı üzrə bacarıqlarını nümayiş etdirəcəklər.

Qeyd edək ki, beynəlxalq turnirdə 26 ölkədən 346 idmançı mübarizə aparacaq.

İdman.Biz