Cüdo üzrə kişilər arasında Liqa yarışının növbəti turu keçiriləcək

14 May 2026 23:19
218
Cüdo üzrə kişilər arasında Liqa yarışının növbəti turu keçiriləcək

Mayın 19-da Abşeron Olimpiya İdman Kompleksində cüdo üzrə kişilər arasında Liqa yarışının ikinci turu keçiriləcək.

İdman.Biz bildirir ki, turnirdə 49 klub və idman cəmiyyətini təmsil edən 314 idmançı 7 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.

Bu il kişilər arasında Liqa yarışının 3 turunun keçirilməsi planlaşdırılır. Turların yekununa əsasən idmançıların reytinq siyahısı formalaşacaq.

Yarışları izləmək üçün arenaya giriş sərbəstdir.

İdman.Biz