Rəşad Yelkiyev və Elcan Hacıyev Azərbaycan çempionatında qızıl medal qazanıblar

Xəbərlər
16 Dekabr 2023 20:26
232
Rəşad Yelkiyev və Elcan Hacıyev Azərbaycan çempionatında qızıl medal qazanıblar

Qadın və kişilər arasında cüdo Azərbaycan çempionatının ikinci günü arxada qalıb.

İdman.biz xəbər verir ki, daha 4 çəkidə qaliblər müəyyənləşib.

Qadınların mübarizəsində 52 kq çəkidə Zeynəb Məmmədova fəxri kürsünün ən yüksək pilləsində yer alıb. 70 kq çəkidə isə Günel Həsənli bütün rəqiblərindən güclü olub.

66 kq çəkidə Rəşad Yelkiyev Azərbaycan çempionu olub. O, finalda Tofiq Məmmədova qalib gəlib. Eyni uğura 90 kq çəkidə Elcan Hacıyev imza atıb.

Qeyd edək ki, Azərbaycan çempionatına sabah yekun vurulacaq.

Qadınlar

52 kq
Zeynəb Məmmədova
Nuray Quliyeva
Ayşə Qurbanlı
Fəridə Mirzəyeva

70 kq
Günel Həsənli
Pərvanə Abdullayeva
Səkinə Baxşıyeva
Aygül İsmayılova

Kişilər
66 kq

Rəşad Yelkiyev
Tofiq Məmmədov
Zahir Ağazadə
Kamran Süleymanov

90 kq
Elcan Hacıyev
Vüqar Talıbov
İbrahim Ağakişiyev
Şamil Tuncay

İdman.biz